Ceyhun Bayramov ruandalı həmkarı ilə çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib

Ceyhun Bayramov ruandalı həmkarı ilə çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib
SİYASƏT
13:46 18.04.2026
417
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivier Jean Patrick Nduhungirehe ilə görüş keçirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Coğrafi məsafəyə baxmayaraq, ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin gündəlikdə olduğu qeyd edilib və bu istiqamətdə siyasi məsləhətləşmə mexanizminin prosesə müsbət töhfə verəcəyinə dair inam ifadə olunub.
 
report
OXŞAR XƏBƏRLƏR