Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
SİYASƏT
09:54 23.12.2022
149
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR