Ceyhun Bayramov Şimali Kiprdən olan həmkarı ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Ceyhun Bayramov Şimali Kiprdən olan həmkarı ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
SİYASƏT
22:54 11.04.2025
590
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Respublikasından olan həmkarı Tahsin Ərtoğruloğlu ilə görüşüb.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq müzakirə olunub.

Nazirlər, həmçinin regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR