Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verdi
SİYASƏT
21:56 04.03.2021
479
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı şəhid ailələrinə və qardaş xalqa başsağlığı verib.

Bu barədə nazir "Twitter” səhifəsində yazıb.

"Qardaş Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Həlak olan doqquz şəhidin ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Başın sağ olsun, qardaş Türkiyə!”, - deyə o, qeyd edib.
OXŞAR XƏBƏRLƏR