Ceyhun Bayramov və Mövlud Çavuşoğlu sülhməramlıların birgə fəaliyyətini müzakirə ediblər

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu sülhməramlıların birgə fəaliyyətini müzakirə ediblər
SİYASƏT
13:33 16.08.2021
711
Avqustun 16-da Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə AZXEBER.COM-a Azərbaycan XİN-dən bildirilib.

"Nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycan sülhməramlılarının birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər", - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR