Ceyhun Bayramovla ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub

Ceyhun Bayramovla ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub
SİYASƏT
23:53 05.10.2020
786
5 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və ABŞ Dövlət Katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutdu.​

Xarici İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, nazir Ceyhun Bayramov həmkarına bölgədəki son gərginlik barədə məlumat verdi. ABŞ dövlət katibinin müavininin diqqətinə çatdırıldı ki, Ermənistan beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq Azərbaycanın mülki əhalisi və mülki obyektlərini, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri olan Mingəçeviri, habelə təmas xəttindən çox uzaqda yerləşən Xızı və Abşeron rayonlarını qəsdən raket atəşinə tutur. Nazir Ceyhun Bayramov həmsöhbətini Ermənistanın yaşayış məskənlərini atəşə tutması nəticəsində ciddi itkilər verdiyini bildirdi. Nazir qeyd etdi ki, Ermənistanın bu hərbi təxribatı vəziyyətin qəsdən pisləşməsinə yönəlib və Ermənistanın hərbi əməliyyatlar zonasını böyütmək niyyətini nümayiş etdirir.

Dövlət katibinin müavini Stiven Biqan bölgədəki gərginliyin artması və hərbi əməliyyatların genişlənməsindən ciddi narahatlığını dilə gətirdi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin səyləri ilə dialoqun vacibliyini vurğuladı.

Nazir Ceyhun Bayramov vurğuladı ki, Ermənistan beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə əməl etməli və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair tələblərini yerinə yetirməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
14:10 28.06.2025
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
13:56 28.06.2025
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
13:50 28.06.2025
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
Qadın güləşçimiz karyerasını bitirdi
13:40 28.06.2025
Qadın güləşçimiz karyerasını bitirdi
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
13:25 28.06.2025
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
13:20 28.06.2025
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib
13:00 28.06.2025
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib
Çimərliklərdə hava necədir?
12:53 28.06.2025
Çimərliklərdə hava necədir?
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
12:46 28.06.2025
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
12:44 28.06.2025
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
Gəncədə fəhlə iş vaxtı ölüb
12:43 28.06.2025
Gəncədə fəhlə iş vaxtı ölüb
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək
12:41 28.06.2025
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək