Ceyhun Bayramovla Slovakiyanın Xarici və Avropa İşləri naziri arasındakı telefon danışığı olub

Ceyhun Bayramovla Slovakiyanın Xarici və Avropa İşləri naziri arasındakı telefon danışığı olub
SİYASƏT
21:27 12.10.2020
770

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Slovakiyaın Xarici və Avropa İşləri naziri İvan Korçok ilə telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, İ.Korçok bölgədəki gərginlikdən ciddi narahatlığını ifadə edib və siyasi dialoqun bərpa edilməsinin vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov, həmkarına 27 sentyabr 2020-ci il tarixində cəbhə xətti boyunca Ermənistan tərəfindən həyata keçirilmiş növbəti genişmiqyaslı hərbi təxribat və Ermənistanın hərbi təcavüzünü dəf etmək və əhalinin sıx yerləşdiyi mülki yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan silahlı qüvvlərinin hücumlara qarşı əks həmlə əməliyyatı barədə məlumat verdi. Nazir Ceyhun Bayramov, 10 oktyabr 2020-ci il tarixində humanitar atəşkəs elan olunduqdan sonra da Ermənistanın qəsdən Azərbaycan mülki əhalisini və mülki obyektlərini atəşə tutmağa davam etdiyini qeyd etdi. Naftalan, Şəmkir, Mingəçevir və Gəncə də daxil olmaqla cəbhə bölgəsindən çox uzaqda yerləşən Azərbaycan şəhərlərinin Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalması haqqında məlumat verdi.

Nazir Ceyhun Bayramov regionda davamlı sülh və təhlükəsizliyi təmin etmək üçün münaqişənin nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğuladı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada helikopter qəza enişi etdi
17:54 27.06.2025
Rusiyada helikopter qəza enişi etdi
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
17:33 27.06.2025
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
17:23 27.06.2025
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...