Ceyhun Beyləqanskini güllələyən şəxslər tutuldu

Ceyhun Beyləqanskini güllələyən şəxslər tutuldu
SOSİAL
16:08 05.09.2022
281
Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşı Ceyhun Beyləqanskini tapança ilə öldürməkdə şübhəli bilinən 2 azərbaycanlı həbs edilib.

AZXEBER.COM BAKU.WS-ə istinadla xəbər verir ki, sentyabrın 2-də 33 yaşlı Ceyhunun ölümü ilə nəticələnən silahlı insidentlə bağlı araşdırma aparılıb.

Hadisədən sonra qaçan 2 şübhəli - azərbaycanlı 35 yaşlı A.Zeynal və 29 yaşlı G.Yadigar təqibdən sonra məhəllədə mühafizəçilər tərəfindən yaxalanıb.

Həmçinin hadisə yerindən 2 tapança, 4 güllə və 9 boş giliz götürülüb.

Onlar zərərçəkmişlə aralarında borc problemi olduğunu, telefonla mübahisə etdiklərini, daha sonra Ceyhunun olduğu idman zalına gedərək hadisəni törətdiklərini bildiriblər.

Məhkəməyə göndərilən 2 şübhəli haqqında həbs qətimkan tədbiri seçilib.  
OXŞAR XƏBƏRLƏR