Ceyhun Hacıbəylinin gəlini və nəvəsi Bakıya gəlir

Ceyhun Hacıbəylinin gəlini və nəvəsi Bakıya gəlir
SOSİAL
15:56 04.12.2018
2926
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirləri davam etdirir. Bunun tərkib hissəsi olaraq Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Azərbaycana gəlir.
 
Bu barədə AZXEBER.COM-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan səfər çərçivəsində qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.

Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli dekabrın 4-dən 9-dək Bakıda olacaqlar.

Ceyhun Hacıbəylinin əslən Fransadan olan gəlini Paskal Buşe (Timurçin Hacıbəylinin həyat yoldaşı) Sarbonna Universitetinin məzunudur. O, Avropa Sosial Fondunda inzibati və maliyyə administratoru işləyir. İxtisasca riyaziyyatçı olan Benjamin Hacıbəyli isə Fransanın İqtisadiyyat Nazirliyinin əməkdaşıdır.

1993-cü ildə həyat yoldaşı Timuçin bəy vəfat etdikdən sonra Paskal Hacıbəyli Buşe Hacıbəylilər ailəsinin tarixini oğlu Benjamin üçün qoruyub saxlayıb. O,  azərbaycanlılara Parisdə Ticarət Palatası yaratmaqda kömək edərək, burada ictimaiyyətlə əlaqələr üzrə müşavir işləyib.  Onlar axırıncı dəfə 2006-cı ildə Bakıda olublar.

Xatırladaq ki, vətən və millət qarşısında böyük xidmətləri olan Ceyhun Hacıbəyli 1891-ci ildə Şuşada doğulub, Bakıda təhsil alıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) bir müddət "Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb.  Sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib. 1920-ci il aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacir həyatı yaşayıb.

1962-ci ildə vəfat edən Ceyhun Hacıbəyli Parisin Sen-klu məzarlığında dəfn edilib. Onun Ceyhun və Timurçin adlı 2 övladı olub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində 37 ölkədən 140 gəncin iştirakı ilə "Diaspor Gənclərinin I Yay Düşərgəsi” keçirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı