Ceyhun Osmanlı adının Fətullah Gülənlə bağlanmasında Xədicə İsmayılı günahlandırdı

SİYASƏT
16:23 25.02.2014
1329

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Osmanlının bu gün politika.az saytında haqqında yazılan qərəzli yazı və yazıda bəhs edilən saxta məktubla bağlı KİV-ə açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, millət vəkili məktubun saxta olmasını sübut etmək üçün bir neçə faktı deməyin kifayət olduğunu qeyd edib. “Türk dilini yaxşı bilən bir insan dərhal anlayır ki, məktub Azərbaycanda hazırlanıb, türk dilinin deyil, Azərbaycan dilinin qrammatik üslübunda yazılıb və türk dili qrammatikası baxımından bir türk heç vaxt belə bir məktub yaza bilməzdi.Artıq məktubda adı keçən Enver Özerenin vəkili məktubun saxta olduğunu təsdiqləyib, eyni zamanda Fətullah Gülənin əsl imza nümunəsini tutuşdurmaq üçün təqdim edib və bununla da imzanın saxta olduğu təsdiqlənib”.C.Osmanlı qeyd edib ki, zamanlama təsadüfən seçilməyib. Bilirsiniz ki, bu yazı Xədicə İsmayılın Azərbaycan milli mənafeyi əleyhinə yönəlmiş audio yazısının mənim tərəfimdən Prokurorluğa təqdim edildikdən bir neçə gün sonra meydana gəldi. Bununla bağlı mülahizələrim aşağıdakı kimidir:“Bu saxtakarlığın arxasında Xədicə İsmayıl və tərəfdarları dayana bilər.Bu saxtakarlığın arxasında mənim ölkədəki ictimai-siyasi fəaliyyətimə qısqanclıqla yanaşan başqa bir qrup dayana bilər. Belə olan halda onlar zamanlamanı düşünülmüş şəkildə belə bir dövrə salıblar.Bu saxtakarlığın arxasında mənim dünyadakı erməni yalanları əleyhinə fəaliyyətimdən dolayı mənə aqressiv mövqedə olan erməni diasporunun internetdə uzantıları olan insanlar tərəfindən həyata keçirilə bilər”.Millət vəkili hesab edir ki, versiyaların nə olmasından asılı olmayaraq ortada bir cinayət var.Ona görə də bu gündən müvafiq qaydada bu məlumatı yayan politika.az saytının idarəçiləri barədə məhkəmə iddiasının qaldırılması barədə vəkillə əlaqə saxlanılıb.Qeyd edim ki, bu saxta sənəd naməlum qrup tərəfindən hazırlanaraq eyni vaxtda çox informasiya agentliyinə göndərilib və təbii ki, məlumatın qərəzliliyi o agentliklər tərəfindən aşkar edildiyi üçün onlar bunu yayımlamayıb.Amma bəziləri qanunun tələblərini pozmuşdur. Bununla bağlı da gərəkli hüquqi iddialar qaldırılacaq.“Fürsətdən istifadə edərək belə qərəzli məsələlərdə peşəkarlığa riayət edən media mənsublarına dərin təşəkkürümü bildirirəm.O ki, qaldı saxta sənədi hazırlayan və yayan qrupun aşkar olunmasına, bununla bağlı da ayrıca hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?