Ceyhun Osmanlı: 'Azərbaycan gəncliyi İlham Əliyevin komandasıdır'

Ceyhun Osmanlı:
SİYASƏT
19:20 03.10.2013
1765

Milli Məclisin deputatı Ceyhun Osmanlı müasir Azərbaycan gəncliyinin Prezident İlham Əliyevi dəstəklədiyini deyib.

Bu barədə Gün.Az-a açıqlama verən C.Osmanlı müasir Azərbaycan gəncliyinin nəinki 2013, hətta 2018 və 2023-cü il seçkilərində də İ.Əliyevi dəstəkləyəcəyinə əminliyini bildirib: “İndi Cəmil Həsənlinin tezisləri gülüş doğurur. Ən azından ona görə ki, heç olmasa, Nizami Süleymanov platformasını irəli sürəndə bunun maliyyə təminatını “Bulaq-1”, “Bulaq-2” ixtiraları ilə edəcəyini deyirdi. Deyəsən Cəmil Həsənli “Bulaq -3” kəşf edib. Onun tezisləri heç bir dayaqlara söykənmir. O, bunu necə edəcək – bax, bu çox maraqlıdır”.C.Osmanlı xatırladıb ki, müharibə məsələlərindən söhbət gedəndə Nizami Süleymanov deyirdi, mən bir alov kəşf etmişəm ki, hansı ki, o alov püskürəcək, ermənilər qorxub qaçacaq və ya kataloqlarda ermənilər bu silahların fotolarını görəndə, nə bilim, torpaqlarımızı azad edəcəklər və sair.“Yəni bu, 1992-ci ildə Nizami Süleymanovun tezisləri idi. Çox maraqlıdır ki, indi 2013-cü ildir, amma Cəmil Həsənlinin tezisləri 1992-ci ildən o tərəfə getməyib. Amma mən hesab edirəm ki, bu komik tezislər sözün düzü əhalinin böyük hissəsi Cəmil Həsənlinin tezislərini böyük bir zarafat kimi qəbul edir və bu komik obraz, bu Milli Şurada bilirsiniz ki, Rüstəm İbrahimbəyov müxtəlif insanlara bu Milli Şura filmində müxtəlif obrazlar, personajlar vermişdi”.Onun fikrincə, Cəmil Həsənlinin də bu filmdəki rolu komik roldan ibarətdir və o bir komik rolun oyunçusudur.“Çünki camaat onun dediklərini böyük bir zarafatla qəbul edir. Amma hesab edirəm ki, bu, Cəmil Həsənli üçün yeni perspektivlər açır. O hansı perspektivdir?”Millət vəkili vurğulayıb ki, Nizami Süleymanov 1992-98 seçkilərindən sonra ANS kanalındakı “Qulp” verilişinə dəvət olundu.“Mən hesab edirəm ki, Cəmil Həsənli də öz tezisləri ilə bu seçkilərdən sonra “Qulp” verilişinə dəvət olunmaq üçün özünə yaxşı perspektiv açıb.Hesab edirəm ki, həqiqətən də, bu, onun üçün yaxşı bir perspektivdir. Çünki onun bu gün dedikləri bu məsələləri düşünmək üçün bizə yaxşı bir əsas verdi. O ki qaldı bizə, gənclərə - mən sizə maraqlı bir şey deyim, müasir Azərbaycan gəncliyi İlham Əliyev dövrünün yetirmələridir”.Onun sözlərinə görə, bugünkü müasir Azərbaycan gəncliyi öz intellektual inkişafını, öz karyera inkişafını öz dövlətçilik ənənələrinin təşəkkül tapmasını, Azərbaycanın bir dünya dövləti olmasını, Azərbaycan pasportunun imicinin yüksəlməsini, Azərbaycan vətəndaşının, dünya azərbaycanlılarının imicinin yüksəlməsini məhz İlham Əliyev dövründə görüb.“Yəni dolayısı ilə bu gənclik İlham Əliyev dövrünün nəticələridir.Ona görə 2013-cü il seçkiləri qalsın bir tərəfə, bu günkü gənclik 2018-də də, 2023-də də İlham Əliyevi dəstəkləmək haqqında düşünür. Bugünkü Azərbaycan gəncliyi İlham Əliyevin komandasıdır və bu komanda hər zaman İlham Əliyevlə bərabər olacaq. Ona görə də onlar bu 2013-cü il seçkiləri haqqında düşünərkən, əslində gənclik 2018-də, 2023-də və daha sonra İlham Əliyevi dəstəkləmək haqqında düşünür. Ona görə hesab edirəm ki, Cəmil Həsənligil bu estafetdə bir az gec qalıblar”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb