Ceyhun Osmanlı: 'Gənclər Parlamenti heyətinin seçkisi AzTV-də yayımlanacaq'
GƏNCLİK
20:01 26.07.2012
2174
Azərbaycanda yaradılmaqda olan Gənclər Parlamenti yaxın gələcəkdə gənclər və ictimai-siyasi proseslərdə fəal rol oynayan ciddi təşkilata çevriləcək.Bu barədə Milli Məclisin deputatı Ceyhun Osmanlı məlumat verib.“Gənclər Parlamenti Azərbaycanda insan kapitalının inkişafına dəstək göstərəcək, istedadlı gənclərin aşkar edilməsi və gələcəkdə onlara davamlı investisiyanın yatırılmasına köməklik göstərən və bu şəkildə peşəkar kadrlar yetişdirən ciddi gücü özündə ehtiva edəcək.Gənclər Parlamenti müxtəlif qanunlar və cəmiyyəti narahat edən daha aktual məsələlər üzrə ictimai müzakirələr təşkil edəcək”, – deyə o bildirib.Gənclər Parlamenti 50 nəfərdən ibarət olacaq.“Gənclər Parlamentinin formalaşdırılmasının birinci mərhələsində yaşı 18-28 arasında olan gənc insanlar arasında ərizə qəbulu elan olundu. Mayda qəbul bağlandı, daxil olan sənədlər baxılması üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya göndərildi”, – deyə C.Osmanlı bildirib.Onun sözlərinə görə, Dövlət Komissiyası öz növbəsində hazırda Gənclər Parlamentinin formalaşdırılması prosesinin ikinci mərhələsini reallaşdırır.Prosesdə düzgün şəkildə müraciət edən təqribən 1200 nəfər iştirak edir.“Dövlət Komissiyası ikinci turda 5 imtahan təşkil edəcək. Onlardan artıq 4-ü baş tutub, sonuncu, beşinci avqustun 1-nə planlaşdırılıb.İmtahanların nəticələrinə görə daha çox bal toplayan 200 nəfər cari ilin sentyabrında keçiriləcək üçüncü mərhələyə keçəcək.13 nəfərdən ibarət olan seçki komissiyası seçim edəcək və payızın əvvəlində 200 nəfərdən 50 nəfərin daxil olacağı Gənclər Parlamentinin tərkibini formalaşdıracaq”, – deyə MM-in deputatı qeyd edib.Gənclər Parlamenti heyətinin seçkisi AzTV ilə yayımlanacaq.