Ceyhun Osmanlı Martin Şults və Ketrin Eştona müraciət etdi

SİYASƏT
17:00 18.06.2013
1936

Bildiyiniz kimi, ABŞ Milli Təhlükəsizlik Agentliyi 2009-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin “G20” sammitinə qatılmaq məqsədilə Londona səfəri zamanı onun telefon danışıqlarını dinləməyə cəhd göstərib.

Bu barədə “The Guardian” qəzeti ABŞ Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudenin açıqladığı sənədlərə istinadən məlumat yayıb. Bu sənədlərə əsasən ABŞ və Britaniya kəşfiyyatının əməkdaşları Şimali Yorkşir əyalətində D. Mevedevin və Rusiya nümayəndə heyətinin digər üzvlərinin Moskvaya peyk rabitəsi vasitəsilə etdikləri telefon zənglərini dinləməyə cəhd göstəriblər. Sənədlərdə Britaniya hökumətinin tapşırığı ilə bu ölkə kəşfiyyatının “G20” sammitində iştirak edən siyasi xadimlərin və maliyyə nazirlərinin elektron yazışmalarını və telefon zənglərini izlədiyi də əksini tapıb. Söhbət xüsusən CAR və Türkiyə nümayəndələrindən gedir.

Milli Məclisin deputatı Ceyhun Osmanlı baş verən hadisə ilə bağlı Avropa Parlamentinin prezidenti Martin Şults və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonamüraciət edib.

Müraciətdə qeyd edilir ki, Avropa Parlamenti hər zaman Gürcüstan, Türkiyə, Azərbaycan və s kimi ölkələrdə baş verən hadisələrə dərhal öz mövqeyini bildirir. Amma nədənsə bu anoloji hadisə ilə bağlı baş vermiş hüquq pozuntusuna səssiz qalır.

Ceyhun Osmanlı müraciətində Avropa Parlamenti və Avropa Birliyinin tez bir zamanda baş verən hadisəyə münasibət bildirəcəyinə ümidini bildirib.

OXŞAR XƏBƏRLƏR