Ceyhun Osmanlı: “Media Akademiya” “İrəli”nin ən uğurlu layihələrindən biridir" (FOTOLAR)

Ceyhun Osmanlı: “Media Akademiya” “İrəli”nin ən uğurlu layihələrindən biridir" (FOTOLAR)
MEDİA
02:36 27.09.2011
2495
“İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı bugün “İRƏLİ” Media Akademiyasının qonağı olmuşdur. Ceyhun Osmanlı gənc jurnalistlərə “İRƏLİ” İctimai Birliyinin yaranmasından və uğurundan danışıb: “Biz “İRƏLİ”ni yaradanda 6 nəfər idik, hazırda isə birliyimizin 20.000-dən artıq üzvü var. İnsan həyatda uğur qazanmaq istəyirsə, qarşısına məqsəd qoymalıdır. Əgər qarşınıza məqsəd qoymusunuzsa və bu yolda əməli iş görürsünüzsə, məqsədinizə mütləq çatacaqsınız”. Ceyhun Osmanlı həmçinin “Media Akademiya” layihəsinin uğuru haqda da danışıb: ““İRƏLİ”nin keçirdiyi bütün layihələrin uğuru bir-birinə bağlıdır. Yəni ki, bir layihəmizin uğuru digərindən asılıdır. “Media Akademiya” da “İRƏLİ”nin ən uğurlu layihələrindən biridir. Əminəm ki, siz də gələcəyin ən parlaq jurnalistlərindən olacaqsınız” deyə qeyd edib. Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə gənc jurnalistlər özlərini maraqlandıran suallara cavab tapa biliblər. Xatırladaq ki, Media Akademiya alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən “İRadio”da, “İRƏLİ Prodakşn”da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər.
OXŞAR XƏBƏRLƏR