Ceyhun Osmanlı: 'Rövşəni qınamaq yox, təbrik etmək lazımdır' - STATUS
Bütün Xəbərlər
16:49 06.08.2012
1823
"Dünən bir çox insanın arasında Olimpiya Oyunlarında idmançılarımızın çıxışını izləyirdim. Həyatda bir çox anlayışın, o cümlədən qalibiyyətin də nisbi olduğunu bir daha gördük. Gümüş medal qazanan Rövşən Bayramovdan hər kəs qızıl medal gözlədiyinə görə onun uğuru sanki o qədər də alqışa səbəb olmadı. Lakin Bürünc medal üçün mübarizə aparan Emin Əhmədovun uğuru hər kəsin alqışına səbəb oldu. Bir anda Rövşən üçün təəsüfləndim bu hala görə. Amma reallıqda isə Rövşən bu oyunlarda hələ ki, ən yüksək nəticəni göstərən idmançımızdır. Hər idmançı 2 olimpiya oyununda ard-arda nəticə ala bilmir. Lakin Rövşən 2-ci Olimpiya Oyunlarıdır ki, gümüş medal alır. Bu anda Rövşəni qınamaq yox, ancaq təbrik etmək lazımdır!" AZXEBER.COM-un məlumatına görə, bu sözləri millət vəkili Ceyhun Osmanlı şəxsi "facebook" səhifəsində yazıb. Xatırladaq ki, dünən güləşçilərimizdən Rövşən Bayramov gümüş, Emin Əhmədov isə bürünc mükafat qazanıb.