19 mart tarixində Novruz bayramı münasibəti ilə millət vəkili Ceyhun Osmanlının təşəbbüsü ilə 63 saylı Sabirabad birinci seçki dairəsindən olan ən yaşlı sakinlər Novruz sovqatları ilə təbrik edilib.
AZXEBER.COM xəbər verir ki, dairənin tərkibində olan şəhər mərkəzi və 19 kənd gəzilərək tam əhatə olunub. Bayram münasibətilə onlarla ailəyə və o cümlədən yaşları 90-la 113 yaş arası dəyişən, tənha, kimsəsiz və maddi imkanları məhdud olan sakinlərin bayramı təbrik edilib.Sakinlər də təşəbbüsü sevinc hissi ilə qarşılayaraq, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.