Ceyhun Zeynalov:"Səhhətindən heç vaxt şikayət etməyib"

Ceyhun Zeynalov:"Səhhətindən heç vaxt şikayət etməyib"
SOSİAL
11:22 30.09.2025
293
"Mənim əziz dostum olub. Düzdür yaradıcı işimiz olmasa da, çox gözəl münasibətimiz olub".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Ceyhun Zeynalov (Cin) Cabir İmanovun ölümü ilə bağlı danışarkən deyib.
 
O bildirib ki, bir-birilərinin xətrini hər zaman çox istəyiblər:
 
"Biz bir-birimizin xətrini hər zaman istəmişik. Hər gün zəngləşib, hal-əhval soruşurduq. Çox gözəl insan olub. Onu tanıyan hər kəs üçün çox böyük itkidir. Hər kəs şokdadır".
 
Reper Cabir İmanovun səhhəti ilə bağlı heç bir şikayətinin olmadığını deyib:
 
"Səhhəti ilə bağlı heç bir şikayəti yox idi. Ekranlarda onu necə şən, gülən görmüşdüksə, həyatda da elə idi".
 
Aysel Hacızadə
 

 

OXŞAR XƏBƏRLƏR