Ceyranbatan-Maştağa magistral su xəttində təmir işləri yekunlaşır

Ceyranbatan-Maştağa magistral su xəttində təmir işləri yekunlaşır
SOSİAL
15:16 29.07.2026
124
Ceyranbatan-Maştağa magistral su xəttində aparılan təmir-bərpa işləri başa çatmaq üzrədir.

AZXEBER.CO9M xəbər verir ki, xəttin 6-cı kilometrində diametri 1200 mm olan magistral xəttin istismar müddəti bitmiş 22 metrlik qəzalı hissəsi yenisi ilə əvəz olunub. Təmir işləri fasiləsiz rejimdə həyata keçirilib.

Hazırda işlərin son mərhələsi icra olunur. Növbəti mərhələdə magistral xətt yuyulacaq, içməli su ilə doldurulacaq, daha sonra su anbarlara ötürülərək ərazidaxili şəbəkələr vasitəsilə abonentlərə veriləcək.
OXŞAR XƏBƏRLƏR