Ceyranbatan su anbarına yaxın ərazi yanır

Ceyranbatan su anbarına yaxın ərazi yanır
SOSİAL
17:39 23.07.2023
153
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar nazirlliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. 
OXŞAR XƏBƏRLƏR