Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb

Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb
SOSİAL
17:41 27.06.2024
139
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının ərazisində suyun üzərində qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
 
AZXEBER.COM xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.
 
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR