İki gün əvvəl itkin düşən şəxsin meyiti kanalda aşkarlanıb

İki gün əvvəl itkin düşən şəxsin meyiti kanalda aşkarlanıb
HADİSƏ
17:35 08.06.2025
337
Ceyranbatan qəsəbəsində iki gün əvvəl itkin düşən şəxsin meyiti aşkarlanıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, 42 yaşlı Elgiz Axundovun meyiti kanalda aşkar olunub.

İlkin ehtimallara görə, o, kanalda boğularaq həyatını itirib.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Elgiz Elbrus oğlu Axundov iki gün əvvəl evdən çıxaraq geri dönməyib, ailəsi isə axtarışlara baxmayaraq, bugünədək ondan xəbər almayıb.

Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR