Cəzaçəkmə müəssisəsində Heydər Əliyev muzeyi açıldı - FOTOLAR

Cəzaçəkmə müəssisəsində Heydər Əliyev muzeyi açıldı - FOTOLAR
SOSİAL
17:44 10.05.2018
5581
Mərhum prezident Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı 7 saylı cəzaçəkmə müəssisəsində silsilə tədbirlər keçirilib. 

AZXEBER.COM xəbər verir ki, sözügedən müəssisədə mərhum prezidentin yeni üslubda tərtib edilmiş xatirə muzeyinin açılışı olub. Açılışda Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan dövlət Pedaqoji Universitetinin dekanı, "Qızıl qələm”, "Qızıl kəlmə” mükafatları laureatı, 91-lərdən olan Zahid Xəlil və Penitensiar Xidmətin məsul əməkdaşları iştirak edib. 

Cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Rasim Bayramov tədbiri giriş sözü ilə açaraq mərhum prezidentlə bağlı fikirlərini səsləndirib. 

Daha sonra Zahid Xəlil H. Əliyev barədə öz fikirlərini əməkdaş və məhkumlara çatdırıb. 

Bundan sonra 91-lərdən olan professor Zahid Xəlilin iştirakı ilə müəssisədə yeni təşkil olunmuş bayraq meydanının açılışı keçirilib və sonda məhkumlar üçün geniş bayram konserti təşkil edilib.  Naharda məhkumlara bayram süfrəsi açılıb. 

Tədbir İctimai TV tərəfindən lentə alınıb.
 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR