Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb
KRİMİNAL
18:10 01.04.2024
447
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Xidmətdən AZXEBER.COM-a verilən xəbərə görə, məhkum Elxan Silyan oğlu Hümbətovla qısamüddətli görüşə gəlmiş bibisi oğlu Arzuman Qurban oğlu Nəcəfovun əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd "Mini Bentley” markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR