"ChatGPT" istifadəçilərinin nəzərinə: Tətbiq daha 150 ölkədə fəaliyyətə başladı

MARAQLI
16:06 02.06.2023
254
ChatGPT iOS telefonlarındakı tətbiq vasitəsilə Türkiyə də daxil olmaqla 152 ölkədə fəaliyyətini bərqərar edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə OpenAI Twitter-də məlumat yayıb.
 
Süni intellektli chatbot ABŞ-da ilk dəfə mayın 18-də iPhone telefonlarında tətbiq kimi istifadəyə verilib. Daha sonra mayın 25-dən əvvəl 11, daha sonra isə 30 ölkədə yayımlanan ChatGPT telefon tətbiqi versiyası 31 may tarixində Türkiyə də daxil olmaqla 152 ölkədə yayımlanmağa başlayıb.

Artıq Türkiyədəki iOS istifadəçiləri cihazlarına ChatGPT tətbiqini yükləyərək məşhur söhbət robotu ilə danışa biləcəklər.
 
Bununla belə, ChatGPT-nin iOS telefonlarında işləməsi üçün 16 və yuxarı versiyalar yenilənməlidir. Başqa sözlə, iPhone 7 və daha əvvəlki nəsil telefonlar təəssüf ki, ChatGPT quraşdıra bilməyəcək.

ChatGPT-nin Android telefonlarında nə vaxt əlçatan olacağı hələ məlum deyil.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR