"ChatGPT"nin işində problem yarandı

"ChatGPT"nin işində problem yarandı
SOSİAL
21:27 20.04.2026
750
"OpenAI" şirkətinin məşhur "ChatGPT" çat-botunun işində problemlər yaranıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.

Nasazlıqlar bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da müşahidə olunur.

Ən çox şikayət isə Niderland, ABŞ və Almaniyadan daxil olub. Bildirlir ki, şəxsi kabinetə girişdə və "ChatGPT"nin sorğulara gec cavab verməsi kimi problemlər yaşanır.

"OpenAI" şirkəti isə yaranmış problemdən xəbərdar olduqlarını və onların aradan qaldırılması istiqamətində işlər aparıldığını bəyan edib.
OXŞAR XƏBƏRLƏR