"ChatGPT"yə bu beş sualı verməyin - SƏBƏB

"ChatGPT"yə bu beş sualı verməyin - SƏBƏB
Süni intellekt
15:18 10.09.2025
293
2025-ci ildə gündəlik 190 milyon istifadəçiyə çatan ChatGPT süni intellekt platforması həyatımızın demək olar ki, hər sahəsinə daxil olub.
 
AZXEBER.COM xəbər verir ki, lakin xarici ekspertlər bu süni bota ünvanlanan bəzi sualların anlaşılmazlıqlara, narahatlıqlara səbəb ola biləcəyini deyirlər.
 
Onların fikrincə, platformaya bu 5 sualı ünvanlamamaq daha məsləhətdir:
  
1. Tibbi diaqnoz barədə sual verməyin. ChatGPT sağlamlıq haqqında məlumat verə bilər, lakin bu, həkim deyil. Fiziki simptomlar tez-tez oxşar olduğundan, diaqnoz yalnız peşəkar müayinə ilə edilə bilər.

2. Gələcəklə bağlı suallar soruşmayın: Robot gələcəyi görə bilməz. 

3. Şəxsi məlumatlarınızı paylaşmayın: Bank rekvizitləri, parollar kimi həssas məlumatlar ChatGPT ilə paylaşılmamalıdır. Söhbətlər şəxsi görünsə belə, təhlükəsizlik riski yarada bilər.

4. Real vaxt məlumatını gözləməyin: ChatGPT-nin məlumatları müəyyən bir tarixə qədərdir. Canlı birja, xəbərlər və ya hava proqnozları kimi məlumat üçün təsdiqlənmiş mənbələrə üstünlük verilir.
 
5. Biznes qərarlarınız barədə onunla məsləhətləşməyin: Şirkət strategiyaları və ya xüsusi layihələr AI-yə həvalə edilməməlidir. ChatGPT ideyalar yaratmağa kömək edə bilər, lakin son qərarlar insan ekspertlərinə həvalə edilməlidir.

Mütəxəssislər qeyd edir ki, ChatGPT-i faydalı bir vasitə olsa da, ona hər şeyin cavabı kimi baxmaqdan çəkinmək lazımdır.

Mikayıl
OXŞAR XƏBƏRLƏR