CIA rəhbərindən Moskvaya mesaj: “Ukrayna ilə razılaşma əldə edin”

CIA rəhbərindən Moskvaya mesaj: “Ukrayna ilə razılaşma əldə edin”
DÜNYA
14:14 28.08.2026
191
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya səfəri zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikova Ukrayna ilə razılaşma əldə etməyə çağırış etdiyi iddia olunub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "The New York Times” qəzeti adları açıqlanmayan hazırkı və keçmiş ABŞ rəsmilərinə istinadən Retkliffin Moskva səfəri ilə bağlı iddiaları yayıb.

Məlumata görə, CIA direktoru Rusiyanın hərbi və iqtisadi vəziyyəti daha da pisləşmədən əvvəl Ukrayna ilə razılaşmaya getməsini təşviq etmək məqsədilə Moskvaya səfər edib.

İddialara əsasən, Retkliff bu mesajı Bortnikova çatdırıb. Bununla belə, onun Rusiya müharibəni davam etdirməyi seçəcəyi təqdirdə mümkün nəticələrlə bağlı hər hansı təhdid səsləndirmədiyi bildirilib.

Nəşr qeyd edib ki, səfərin ABŞ-ın Rusiya və Ukraynaya dair siyasətində dəyişiklikdən xəbər verib-vermədiyi hələlik aydın deyil. Səfərin əsas məqsədinin Rusiya ilə Ukrayna arasında dalana dirənmiş danışıqları yenidən canlandırmaq olduğu ehtimal edilir.

Mənbələrin iddiasına görə, Retkliff Rusiyanın Ukrayna ilə müharibədə həm hərbi, həm də iqtisadi baxımdan çətin vəziyyətdə olduğunu bildirib. O, buna görə Moskvanın müharibəni başa çatdırmaq üçün ciddi danışıqlara başlamasının vaxtının çatdığını Bortnikova çatdırıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR