“Ciddi mübarizə aparılır” - Prezidentin yeni köməkçisindən ilk açıqlama

“Ciddi mübarizə aparılır” - Prezidentin yeni köməkçisindən ilk açıqlama
SİYASƏT
11:16 06.06.2017
1318
"Azərbaycan mədəniyyətlərarası dialoqun yaradılmasına böyük əhəmiyyət verib. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bir neçə beynəlxalq yarışlar, tədbirlər keçirilib. Bu gün Azərbaycan iqtisadi dayanıqlığa əsaslanan ölkədir. Ölkədə insan hüquq və azadlıqları təmin edilib”.
 
Bunu Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında deyib.
 
Şöbə müdiri bildirib ki, Azərbaycan iqtisadi dayanıqlığa əsaslanan ölkədir^ "Ölkədə insan hüquq və azadlıqları təmin edilib”.
 
F.Ələsgərov deyib ki,  Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır.
 
///Modern.az
OXŞAR XƏBƏRLƏR