AZXEBER.COM xəbər portalının məlumatına görə, qonşusu tərəfindən polisə verilmiş ifaçı Day.Az saytına açıqlamasında ona ünvanlanmış ittihamları rədd edib.
Xatırladaq ki, müğənninin keçmiş qonşusu Cəmiləni onun avtomobilini mənimsəməkdə təqsirləndirir.
«Birincisi, avtomobili 2009-cu ilin dekabrında mən ölkədən kənarda olduğum vaxt keçmiş sürücüm alıb. İkincisi, cinayətin baş verdiyi vaxt sürücü artıq mənimlə işləmirdi. Bundan başqa, mən işçilərimin işdən sonra etdiklərinə görə məsuliyyət daşımıram. Nə keçmiş, nə də hazırki işçilərimin», - deyə Cəmilə bildirib: «İşdən kənarda onların nə ilə məşğul olduqlarını haradan bilim? Baş verənlərdə polisə müraciət etmiş qonşumun özü günahkardır. Maşının pulunu tam ödəməmiş şəxsə baş etibarnamə vermək olar?! Məni bu məsələ ilə bağlı polisə çağırmışdılar və orada da bu sözləri dedim. Anlamıram, 2 il əvvəl olmuş bu məsələni qurdalamaq kimə gərək imiş».