Cinsi əlaqədə olduğu gənc qızı maşınında boğan adam qətli həyat yoldaşına etiraf edib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-ın Kolorado ştatında 19 yaşlı Kara Nikolsla pul qarşılığında cinsi əlaqədə olan Coel Hollendorfer cinsi əlaqə zamanı qızı boğaraq öldürüb.
Hadisədən sonra qızın meyitini özü ilə aparan kişi onu Kolorado Sprinqs ştatının El Paso şəhərindəki evinin yaxınlığındakı tarlada basdırıb.
Uzun müddət qızlarından xəbər ala bilməyən ailə itkin düşmüş şəxslərlə bağlı polisə şikayət edib.
Coel Hollendorfer arvadına iki il sonra qətli törətdiyini etiraf edib.
Daha sonra polisə gedərək təslim olub.
Dərhal işə başlayan polislər qızın cəsədini tapıblar.