3 il əvvəl əməliyyatla cinsiyyətini dəyişdirib qadın olan Selin Ciyerci İnstaqramda onu tənqid edən izləyicisinə cavab verib.
Selin sosial mediada sevgilisi, futbolçu Gökhan Çıra ilə birgə çəkilmiş şəklini yerləşdirib. İzləyicilərdən biri fotonun altına "Kişisən sən, kişi. Allahdan qorxmursunuz? Utanmaz-utanmaz "Yaraşırsız" yazmısız" şərhini qeyd edib.
Bu şərh Selini özündən çıxarıb. O, sosial şəbəkə istifadəçisinə belə cavab verib:
"Özü mənə yazıb cavab ala bilməyənlər belə deyirlər. Boş verin".
///Axşam.az