Cinsiyyətini dəyişib qadın olan məşhur kameralar qarşısında ərinin ayaq barmaqlarını öpdü - VİDEO

MAQAZİN
23:46 26.11.2019
20575
Cinsiyyətini dəyişib qadın olan, özünə dəbdəbəli toy məclisi qurub tanınmış futbolçu Gökhan Çıranla evlənən sosial şəbəkə fenomeni Selin Ciğərci etdiyi hərəkətlə gündəmə gəlib.

Türkiyəli məşhur əməliyyat olunan ərinə xəstəxanada baş çəkib. Otağa girən Selin həyat yoldaşı Gökhanın ayaq barmaqlarını bir-bir öpərək, oxşamağa başlayıb. Diqqət çəkən isə Ciğərcinin ərinin barmaqlarını öpə-öpə dilə gətirdiyi bu kəlmələr olub:

"Bu kokosludur, bu isə püstəli, bu da şokoladlı...”

Qeyd edək ki, noyabr ayının əvvəlində dünya şöhrətli stilist Anar Ağakişiyevin dəvəti ilə Selin Ciğərci paytaxt Bakının qonağı olub. Selin öz kosmetika markasının məhsullarını Azərbaycanda satışını həyata keçirmək üçün məşhur şirkətlə müqavilə imzalayıb.
 
///Oxu.Az
 

OXŞAR XƏBƏRLƏR