Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq

Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
İQTİSADİYYAT
10:54 25.06.2026
1622

Azərbaycanın aparıcı internet provayderi Citynet yenilənmiş strategiyası ilə qabaqcıl texnologiyalara daha geniş miqyasda keçid edib.

 

"Citynet ilə rahat yaşa” şüarı müştərilərin gündəlik həyatında internetdən istifadə prosesini daha sadə və rahat etməyə yönəlmiş öhdəliyi ifadə edir.

Artıq istənilən tarifə cəmi 3 kliklə qoşulmaq mümkündür. Tamamilə yenilənmiş veb-sayt daha sadə, sürətli və mobil cihazlara tam uyğun interfeys təqdim edir. Bundan əlavə, yenilənmiş mobil tətbiq vasitəsilə abunəçilər hesab idarəsi, balans yoxlaması, avtomatik ödəniş, operativ xəbərdarlıqlar və dəstək kimi imkanlara asanlıqla qoşula biləcəklər. Tətbiq həm iOS, həm də Android platformalarında əlçatandır.


Yeni strategiya çərçivəsində Citynet mövcud tarif xəttini də optimallaşdırıb. Artıq hər bir istifadəçi öz büdcəsinə və istifadə vərdişlərinə uyğun təklifi rahatlıqla seçə biləcək. Bundan əlavə, Citynet xüsusi "TələbəPlus” və sosialyönümlü "Qayğı” paketlərini də təqdim edib. Hər iki tarif haqqında ətraflı məlumatı www.citynet.azsaytından əldə edə bilərsiniz.

 

Citynet yenilənmiş strategiyasını vizual kimlik üzərindən də əks etdirir. Yeni brend kimliyində hər bir element xüsusi məna daşıyır: dairə fasiləsiz xidməti, əyri xətlər isə sürətli internetin dinamik və axıcı təbiətini simvollaşdırır. Loqoda "c” hərfi mərkəzi element, nöqtə isə etibarlı və dayanıqlı əlaqənin mərkəzini təmsil edir. Wi-Fi işarəsi "rahat əlaqə” ideyasını, parlaq çəhrayı fiber optik şüanı, yaşıl rəng isə  güclü siqnalı əks etdirir. Citynet optimallaşdırılmış tariflər, daha əlçatan xidmətlər, gücləndirilmiş müştəri dəstəyi və istifadəçi ehtiyaclarına uyğun həllərlə hər kəs üçün daha rahat rəqəmsal təcrübə yaradır.

Qeyd edək ki, Citynet yüksəksürətli internetlə yanaşı, eksklüziv TV xidmətləri də təqdim edir. Citynet tv vasitəsilə istifadəçilər "Digiturk”, "Setanta Sports”, "Dizi Channel”, "FilmBox” kimi seçilmiş kanalları izləyə, həmçinin "YouTube”, "Netflix”, "Amazon Prime” və "Spotify” kimi populyar tətbiqlərə asanlıqla çıxış əldə edə bilirlər. 


Citynet haqqında


Azərbaycanın aparıcı internet provayderi olan Citynet yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. Citynet, Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. Citynet müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
00:44 26.09.2026
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
00:34 26.09.2026
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
00:20 26.09.2026
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
Bürclər bu günə nə deyir?
00:08 26.09.2026
Bürclər bu günə nə deyir?
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
23:59 25.09.2026
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
23:37 25.09.2026
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
23:31 25.09.2026
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
23:20 25.09.2026
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Müavinət və təqaüd alanlara mühüm xəbər
23:14 25.09.2026
Müavinət və təqaüd alanlara mühüm xəbər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
23:03 25.09.2026
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
22:52 25.09.2026
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
22:38 25.09.2026
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA