ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Milli Təhlükəsizlik Şurası (MTŞ) rəsmilərinin İsraillə birgə həyata keçirilən hücumlara cavab olaraq İranın Hörmüz boğazını bağlamaq qərarını az qiymətləndirdiyi iddia olunur.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, CNN-in adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, milli təhlükəsizlik rəsmiləri planlaşdırma prosesi zamanı İranın Hörmüz boğazını bağlama ehtimalını kifayət qədər nəzərə almayıblar və bunu yalnız "ən pis ssenari” kimi qiymətləndiriblər.
Hesabatda qeyd olunur ki, yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ABŞ Konqresinə keçirilən brifinqlər zamanı Hörmüz boğazının bağlanması ehtimalını əvvəlcədən planlaşdırmadıqlarını etiraf ediblər.
Bildirilir ki, ABŞ administrasiyası İranın boğazı bağlamasının ABŞ-dan daha çox İrana zərər verəcəyinə inanırdı. Bu yanaşmanın İranın 2025-ci ilin iyununda ABŞ-ın nüvə obyektlərinə hücumundan sonra boğazı bağlamaq təhdidini həyata keçirməməsi ilə daha da gücləndiyi vurğulanır.
Qeyd edək ki, İran Hörmüz boğazını ABŞ və İsrailin ölkəyə hücumları ilə əlaqəli ölkələrə məxsus gəmilər üçün bağlayıb.
Gülay










































