Amerika kəşfiyyatında İranın ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmilərinə kimyəvi silah və ya "çirkli bomba"dan istifadə ilə hücum etmək üçün mümkün planlar hazırladığı barədə məlumatlar var.
AZXEBER.COM-un məlumatına görə, bu barədə CNN bildirib.
Bildirilir ki, iddia edilən planlar konkret yerləri və potensial hədəfləri əhatə edir və buna görə də ABŞ hakimiyyəti mümkün təhdidlərə cavablar hazırlayır.
Eyni zamanda, rəsmilər qaçılmaz hücuma dair heç bir dəlil olmadığını vurğulayırlar. Ağ Ev həmçinin ABŞ ərazisində təhlükəsizlik təhdidlərinin olmadığını bildirib.











































