“CNN Türk”ün müxbiri: “Ermənistan hər gün bu torpaqlarda körpələri öldürür"

“CNN Türk”ün müxbiri: “Ermənistan hər gün bu torpaqlarda körpələri öldürür"
SOSİAL
13:35 28.10.2020
877
Türkiyənin nüfuzlu media quruluşu olan "CNN Türk”ün müxbiri Fulya Öztürk Ermənistanın Bərdədə törətdiyi terrordan yazıb.

AZXEBER.COM xəbər verir ki, Fulya Öztürk sosial şəbəkədə Ermənistanın hər gün mülki insanları hədəfə aldığını, körpələri öldürdüyünü yazıb:

"Hər gün bu torpaqlarda körpələr ölür, məsum insanların başına bomba atılır. Sabah biz də ölə bilərik, hansı ki, bir neçə dəfə burada ölümdən döndük.

Çox təəssüf ki, dünya susur, göz yumur. Sözdə müzakirə aparan ölkələr çıxıb, bir kəlmə  söz demirlər. Sözdə "atəşkəs” istəyənlər Ermənistana silah göndərirlər. Onların verdikləri raketlərlə mülki insanlar hədəfə alınır”.

"CNN Türk”ün müxbiri Fulya Öztürk qeyd edib ki, ermənilər döyüş meydanlarında ortalıqda qalan əsgərlərinin cəsədlərini belə götürmək istəmirlər:

"Ermənistan öz əsgərlərinin cənazələrini belə götürmək istəmir, bu, onların heç vecinə də deyil.

Həm insanları torpağından, evindən qoparır, torpaqlarını 30 il işğal altında saxlayır, həm də utanmadan o insanların başına bomba yağdırır. Qarabağ Azərbaycanın  Vətən torpağıdır. Ermənistan terrorçu dövlətdir və o dövlətin yanında olanlar da  terrora susan qatillərdir”.

Fulta Öztürk sonda qeyd edib:

"Burada hər kəsin mən deyir ki, "İnşallah Şuşada çəkiliş edərik”, İnşallah!”
OXŞAR XƏBƏRLƏR