Co Bayden yenə Putini təhqir etdi

Co Bayden yenə Putini təhqir etdi
DÜNYA
15:46 18.03.2022
461
ABŞ prezidenti Co Bayden növbəti dəfə rusiyalı həmkarı Vladimir Putinə qarşı sərt ifadələr işlədib. 
 
AZXEBER.COM xəbər verir ki, ABŞ prezidenti Co Bayden "Müqəddəs Patrik Günü” tədbirindəki çıxışında ötən gün "müharibə cinayətkarı” adlandırdığı Rusiya prezidenti Vladimir Putin üçün bu dəfə "yaramaz” və "qatil diktator” sözlərini işlədib.
 
Qeyd edək ki, bundan öncə ABŞ prezidenti Co Bayden Ağ Evdə verdiyi açıqlamalardan sonra jurnalistlərin suallarını cavablandıraraq Rusiya prezidenti Vladimir Putini "müharibə cinayətkarı" kimi xarakterizə etmişdi.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR