Co Baydenin Əfqanıstan siyasəti – Amerikalılar onu sinifdə qoydu

Co Baydenin Əfqanıstan siyasəti – Amerikalılar onu sinifdə qoydu
MANŞET
14:01 01.09.2021
955

ABŞ xalqı Baydeni Əfqanıstanla bağlı siyasətinə görə sərt tənqid edir.

AZXEBER.COM "Dailynews”a istinadən xəbər verir ki, ABŞ-da aparılan bir araşdırmaya görə Amerika ictimaiyyətinin 38 %-i Prezident Co Baydenin Əfqanıstandan bu cür çəkilməsini sərt tənqid edib.

Respondentlərin 49 %-i isə ABŞ-ın bütün Amerika vətəndaşları və Əfqanıstandakı müttəfiqlərini evakuasiya edənə qədər ən azından Əfqanıstanda qalmalı olduğunu bildirib. Sorğuda iştirak edənlərin 25%-i Amerika qoşunlarının ABŞ vətəndaşlarının təxliyə prosesi davam edənə qədər geri çəkilməməli olduğu, 13%-i isə ABŞ əsgərlərinin ən qısa zamanda Əfqanıstanı tərk etməli olduğunu deyib.

Co Bayden administrasiyasının Əfqanıstan siyasəti ilə bağlı verilən sualda isə, prezidentin prosesi necə idarə etməsi soruşulub. Respondentlərin 45%-i bu suala yaxşı, 42%-i isə çox pis olaraq cavab verib.

Digər tərəfdən, iştirakçıların 20% -i Əfqanıstandakı mövcud vəziyyətə görə Baydeni, 10 % -i keçmiş prezident Corc Buşu, 9 % -i isə prezident Donald Trumpı günahlandırıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR