Cocuq Mərcanlıda istixana və arıçılıq təsərrüfatları yaradılıb

Cocuq Mərcanlıda istixana və arıçılıq təsərrüfatları yaradılıb
SOSİAL
22:28 27.07.2018
5464

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istixana və arıçılıq təsərrüfatları yaradılıb.

Təsərrüfatlar İqtisadiyyat Nazirliyinin və Türkiyənin ölkəmizdəki səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində reallaşıb. Layihə əsasında hər biri 160 kvadratmetr sahəyə malik olan 15 ədəd polietilen örtüklü tunel tipli istixanalar qurulub. Qurulan istixanalar damcı suvarma sistemi ilə təchiz olunub. Kəndlilərə toxum, gübrə, pestisidlər və bitkilərə qulluq üçün alət və avadanlıqlar da verilib. Həmçinin 15 ailənin hər birinə 10 arı ailəsi verilib. Arı təsərrüfatları sahiblərinin hər biri 10 ədəd ikimərtəbəli, 20 çərçivəlik yeşiklə, arıçılıq avadanlıqları və xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunub.

Səfər çərçivəsində Cocuq Mərcanlı süvenir istehsalı müəssisəsinin təməli də qoyulub.

Cocuq Mərcanlıların istehsal etdikləri məhsulların bazara çıxışını təmin edəcəklərinə dair söz də verilib. Artıq bazara çıxarılacaq məhsulların loqosu da hazırlanıb.

 

Qeyd edilib ki, layihələr tam işə düşdükdən sonra Cocuq Mərcanlılarla yanaşı, Füzuli rayonunun ətraf yaşayış məntəqələrində yaşayan sakinləri də işlə təmin olunacaq. /xezerxeber.az

OXŞAR XƏBƏRLƏR