COMCEC-in 36-cı sessiyasının açılışı oldu

COMCEC-in 36-cı sessiyasının açılışı oldu
SİYASƏT
11:49 26.11.2020
941
Noyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasının videokonfrans formatında açılış mərasimi təşkil olunub. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən tədbirdə İƏT üzvü olan dövlətlərin nümayəndə heyətləri, İƏT-in ixtisaslaşmış institutlarının və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

AZXEBER.COM xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusef bin Ahmad Al-Osaymi, Asiya, Ərəb və Afrika regional qrupları üzrə Banqladeş, Küveyt və Nigeriya rəsmiləri İƏT-ə daxil olan dövlətlər arasında qardaşlıq və həmrəylik əlaqələrinin genişləndirilməsinin önəmini qeyd edərək, iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi yolları barədə fikirlərini diqqətə çatdırıblar.

Sonra Azərbaycana xüsusi çıxış üçün söz verilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov İƏT-in islam dünyasında rifahın yaxşılaşdırılması və problemlərin həllində əhəmiyyətli rolunu vurğulayıb, üzv dövlətlərin qurumun müxtəlif platformaları vasitəsilə əməkdaşlıq etdiyini, birgə layihələr icra olunduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan COMCEC-in COVID-19 pandemiyası ilə bağlı xüsusi proqramında iştirak edir.

Azərbaycanın İƏT üzvü olan ölkələrlə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı barədə məlumat verən Mikayıl Cabbarov 2020-ci ilin 10 ayında COMCEC ölkələrinin Azərbaycanın xarici ticarətindəki payının 22 faiz təşkil etdiyini, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün İƏT qurumları arasında tərəfdaşlıq layihələrinin artırılmasının önəmini vurğulayıb. Qeyd edilib ki, İslam İnkişaf Bankı ilə Azərbaycan uğurlu əməkdaşlıq həyata keçirir, indiyədək bank tərəfindən ölkəmizdə müxtəlif sahələrə 1 milyard dollaradək maliyyə vəsaiti ayrılıb. Azərbaycan üçün İƏT-in siyasi baxımdan da xüsusi önəmini qeyd edən iqtisadiyyat naziri diqqətə çatdırıb ki, ölkəmiz müstəqilliyini bərpa edəndən sonra ilk üzv olduğu beynəlxalq qurum məhz İƏT-dir.

COMCEC-in 36-cı sessiyasında Mikayıl Cabbarov 27 sentyabrda Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatı barədə məlumat verib, Azərbaycanın  Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, İƏT və onun alt qurumları tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən çoxsaylı qətnamələr qəbul edildiyini, bəyanatlar verildiyini və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Bütün münaqişə boyu və 44 günlük müharibə müddətində Türkiyə dövlətinin və xalqının Azərbaycana göstərdiyi böyük dəstəyin ölkəmizə və xalqımıza əlavə güc və ruh yüksəkliyi verdiyini vurğulayan nazir bu dəstəyə görə Azərbaycan Hökuməti adından təşəkkürünü bildirib. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik.

Eyni zamanda, şərəfli və haqq yolumuzda Azərbaycana dəstək olan digər ölkələrə də minnətdarlıq ifadə edilib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
15:47 08.11.2026
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
15:41 08.11.2026
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
15:29 08.11.2026
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
İspaniyada hərbi təlim zamanı əsgər ölüb
15:25 08.11.2026
İspaniyada hərbi təlim zamanı əsgər ölüb
Prezident Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
15:19 08.11.2026
Prezident Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
Güclü küləkdə bayrağı xilas etmək istədi - Video
15:10 08.11.2026
Güclü küləkdə bayrağı xilas etmək istədi - Video
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı qarşılamasına dair videoçarx
15:09 08.11.2026
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı qarşılamasına dair videoçarx
Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
15:03 08.11.2026
Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilir
15:01 08.11.2026
Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilir
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - VİDEO
14:54 08.11.2026
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - VİDEO
Şuşada liderlərin təkbətək görüşü keçirilir
14:53 08.11.2026
Şuşada liderlərin təkbətək görüşü keçirilir
“Gözəl şeylər hiss edirik, hava da gözəldir” - Ərdoğan
14:45 08.11.2026
“Gözəl şeylər hiss edirik, hava da gözəldir” - Ərdoğan
“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu”
14:33 08.11.2026
“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu”
Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
14:30 08.11.2026
Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Azərbaycan əsilli boksçu tərəfdarların hücumuna məruz qaldı
14:27 08.11.2026
Azərbaycan əsilli boksçu tərəfdarların hücumuna məruz qaldı
"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
14:19 08.11.2026
"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi