Con Kerri İlham Əliyevə zəng etdi - Qarabağ problemini müzakirə etdilər

Con Kerri İlham Əliyevə zəng etdi -  Qarabağ problemini müzakirə etdilər
SİYASƏT
23:50 30.06.2016
1601

İyunun 30-da Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Azərbaycan prezidentiİlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olunub, qeyd edilib ki, Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamika verilib.

Con Kerri və dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivlərini də müzakirə ediblər.

Telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR