“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak istefa verib.
AZXEBER.COM Apasport.az saytına istinadən xəbər verir ki, “Topaz” Premyer Liqası çərçivəsində keçirilən XIV turda komandası “Bakı” ilə səfər matçında 0:3 hesabı ilə uduzduqdan sonra 64 yaşlı məşqçi vəzifəsindən ayrılmaq qərarına gəlib.
Məlumata görə, son 27 gündə alınan 3-cü böyük hesablı məğlubiyyət onun belə addım atmasında böyük rol oynayıb.Bununla, Toşakın “Xəzər Lənkəran” klubundakı 8 aylıq fəaliyyəti sona çatıb.Qeyd edək ki, “Xəzər-Lənkəran” oyunçularını 31 matça çıxaran mütəxəssis 9 qələbə, 10 heç-heçə və 12 məğlubiyyətə imza atıb. Onun yetirmələri 24 qol vurub, qapılarından isə 42 top buraxıblar.