Rusiyada məşhurlaşan həmyerlimiz müğənni Cahid Hüseynov ( Coni. red.) Fransada "Sarı gəlin" mahnısını özünə məxsus şəkildə ifa edib.
AZXEBER.COM xəbər verir ki, o bu görüntüləri "instagram" hesabında izləyiciləri ilə bölüşüb.
Bayram tədbirləri ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyində keçirilən tədbirə qatılan müğənni "Azərbaycanın Müstəqillik Günü şərəfinə keçirilən bayram tədbiri başa çatıb. Azərbaycanın Parisdəki səfirliyində bunu həmvətənlərimlə bölüşməkdən çox məmnun oldum. Yaşasın Azərbaycan!" deyə paylaşımında qeyd edib.
Aysel