"COP 29-da müəyyən tapşırıqları yerinə yetirən yalançı media fəaliyyət göstərir"

"COP 29-da müəyyən tapşırıqları yerinə yetirən yalançı media fəaliyyət göstərir"
MEDIA
14:00 15.11.2024
329
"Biz bir sıra media subyektləri, televiziya rəhbərləri COP 29-un Liderlər Sammitinin açılış mərasimində iştirak etdik. Orada həm mətbuat otağındakı vəziyyətlə tanış olduq, həm də Azərbaycan jurnalistlərinin fəaliyyətini gördük. Elə bir məqam idi ki, deməli bir neçə saat məmurlarımızın da vaxtı var idi, jurnalistlərin məmurlara ünsiyyət və sual vermək imkanları var idi".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında əməkdar jurnalist, Mətbuat Şurasının sədri Rəşad Məcid Prezidentin köməkçisi Hikmət Hacıyevin "Azadlıq Radiosu"nun əməkdaşının sualına cavab verməsinə münasibət bildirərkən söyləyib.
 
Mətbuat Şurasının sədri bildirib ki, tədbirdə iştirak edən jurnalistlərin əksəriyyəti heç də mövzunu əhatə edən suallar səsləndirmirdi:
 
"Heç şübhəsiz ki, burada heç də hər jurnalist mövzuya uyğun, ölkəmizdə keçirilən bu əhəmiyyətli tədbirin mahiyyəti barədə sual ünvanlamırdı və yaxud buna hazırlıqlı deyildi. Amma açılış mərasimində, Cənab Prezidentin çıxışında söylədiyi kimi, yalan xəbər mediası var. O yalan xəbər mediası Azərbaycana qarşı qəsdən uydurulmuş yalan xəbərlər yayır və bundan da Azərbaycana qarşı öz kinlərini, nifrətlərini biruzə verirlər.

Bu dezinformasiyalara qarşı mübarizə həm Medianın İnkişafı Agentliyi, həm Mətbuat Şurası, həm də digər dövlət qurumları tərəfindən vaxtaşırı məlumatlar verilir. Biz çox təəssüf edirik ki, hətta tanınan media qurumları da bəzi siyasətçilərin, hökumətlərin əlində bir vasitəyə çevrilir və çox vaxtda məhz cığallıq və lazımsız primitiv suallarla ciddi tədbirlərin yönünü dəyişdirməyə çalışırlar. Belə məqamlar əlbəttə ki, COP 29-da, onun açılış mərasimində də oldu.
 
Əməkdar jurnalist onu da əlavə edib ki, bu tədbirdə müxtəlif ölkələri təmsil edən, müəyyən tapşırıqları yerinə yetirən yalan mediası fəaliyyət göstərir:

"Bəzən ünvanlanan sualların bayağılığı və bəsitliyi görünürdü, bəziləri isə qəsdən tədbirin əhəmiyyətindən fikir yayındırmaq üçün bu cür lazımsız suallara yol verirdilər. Həsab edirəm ki, bu etik davranışa uyğun deyil, hər halda bu böyük bir tədbir dünyanın əhəmiyyətli BMT-nin keçirdiyi, belə bir böyük mötəbər tədbirin mahiyyətini daha çox ictimaiyyətə izah eləmək mediamızın qarşısında duran vəzifələrdən biridir. Qaldı ki, yalan xəbər mediasına... Bu müəyyən tapşırıqları yerinə yetirən mediadır və təəssüf edirik ki, bu cür ara qarışdıran, mahiyyətinə uyğun olmayan suallarla tədbirin məğzindən fikir yayındırmağa çalışırlar".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib