COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub - FOTOLAR

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub - FOTOLAR
SİYASƏT
10:50 22.11.2024
272

Noyabrın 21-də COP29 iqlim sammitinin əsas tədbiri platformasında "Nizami” konfrans zalında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) danışıqlar qrupları iştirakçılarının Qurultayı keçirilib.

 

AZXEBER.COM xəbər verir ki, Qurultayı COP29-un Prezidenti Muxtar Babayev açıb.

 

O, nazirlərin uzun sürən məsləhətləşmələrinin və müvafiq qrupların işinin nəticəsi olan yekun sənəd layihəsinin hazırlandığını açıqlayıb.


M. Babayev konfransı cümə günü saat 18:00-a qədər başa çatdırmaq məqsədinə nail olmaq üçün Qurultay iştirakçılarını layihəni dəstəkləməyə çağırıb.

Sonra COP29-un baş danışıqçısı Yalçın Rəfiyev sənəd layihəsini Qurultay iştirakçılarına təqdim edib. O, mətnin 25 səhifədən 10 səhifəyə endirildiyini və sözügedən sənədin bu işdə iştirak edən hər kəsin səyinin məhsulu olduğunu bildirib.

 

Y.Rəfiyev, həmçinin tərəfləri xüsusilə təsirin yumşaldılması yolunda (iqlim dəyişikliyinin mənfi nəticələrinin azaldılması üzrə tədbirlər) maksimalist yanaşmadan imtina etməyə çağırıb.


Daha sonra Muxtar Babayev iştirakçıları təqdim olunan layihə ilə bağlı fikirlərini bildirməyə dəvət edib.


Tədbirdə ən əks mövqeləri ifadə edən iştirakçılar - tənqidi yanaşmadan tutmuş dəstəyi ehtiva edən fərdi paraqraflara qədər fikirlərini bildirənlər çıxış ediblər. Sənəd layihəsi ilə bağlı rəy bildirənlər arasında demək olar ki, bütün milli nümayəndə heyətlərinin, eləcə də Avropa İttifaqının nümayəndələri də olublar.

Xüsusilə, Uqanda və Türkiyədən olan nümayəndələr Azərbaycanın Sədrliyinin gərgin işinə heyran olduqlarını bildiriblər və həmkarlarını yekun sənədi hazırlamadan Bakını tərk etməməyə çağırıblar.


Pakistan, Boliviya və digər inkişaf etməkdə olan dövlətlərin nümayəndələri inkişaf bu ölkələrin ayrılmış vəsaitlərə çıxışının olması barədə razılığa gəlməyə çağırıblar.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb