Litvanın Northway Biotech şirkəti İsveçrə alimləri ilə birlikdə ilk COVID-19 dərmanını yaratdığını açıqlayıb.
"Biz klinik sınaqları isveçrəlilərə bağışladıq. Litvada koronavirusun müalicəsi üçün dərman yaradılıb-yaradılmadığına dair suala cavab olaraq deyə bilərəm ki, bəli, artıq klinik sınaqlar başlayır".
AZXEBER.COM "lent.az”a istinadən xəbər verir ki, bunu şirkətin idarə heyətinin sədri Vladas Bumyalis söyləyib.
Onun sözlərinə görə, dərmanın effektlilik dərəcəsi artıq bu il aydın olacaq. Northway Biotech indi koronavirusa qarşı daha bir dərmanın hazırlanmasına başlayır.