COVİD-19-a qarşı vaksinasiya yalnız tibb müəssisəsində aparılmalıdır - TƏBİB

COVİD-19-a qarşı vaksinasiya yalnız tibb müəssisəsində aparılmalıdır - TƏBİB
SOSİAL
22:11 08.02.2021
399
Vətəndaşların COVİD-19-a qarşı vaksinasiyası yalnız tibb müəssisəsində aparılmalıdır. Çünki peyvəndən sonra ola biləcək allergik reaksiyalarının qarşısının alınması yalnız tibb müəssisəsində mümkündür.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə TƏBİB-in İnfeksion Xəstəliklər üzrə işçi qrupunun üzvü Vüsalə Yaşar deyib.

Onun sözlərinə görə, vətəndaşlar vaksinasiyadan sonra müəyyən müddət -15-30 dəqiqə ərzində tibb müəssisəsində nəzarətdə olurlar.

V.Yaşar qeyd edib ki, artıq vaksinasiyanın ikinci mərhələsinə - yaşı 65-dən çox olanlara peyvəndlərin vurulmasına başlanılıb:

"Peyvənddən sonra iki sutka ərzində xəstələrlə telefon əlaqəsi saxlanılır. Vaksin vurduran insanlar şikayətlərini telefonla sahə həkimlərinə bildirə bilərlər. Ciddi hal müşahidə olduqda sahə həkimi evə də gələ bilər”.
OXŞAR XƏBƏRLƏR