COVID-19-a yoluxan əməkdar mədəniyyət işçisi vəfat etdi

COVID-19-a yoluxan əməkdar mədəniyyət işçisi vəfat etdi
SOSİAL
13:59 15.04.2021
535
Azərbaycanın əməkdar mədəniyyət işçisi Kamil İbrahimov vəfat edib.

AZXEBER.COM "Report”-a istinadən xəbər verir ki, koronavirus infeksiyasına yoluxan K.İbrahimov müalicə aldığı xəstəxanada komaya düşüb.

Bir neçə gün komada qalan K.İbrahimov 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kamil İbrahimov 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Azərbaycanın görkəmli arxeoloqu, Bakı şəhəri tarixinin tədqiqatçısı, Bakı arxeoloji ekspedisiyasının sabiq rəisi Fərhad İbrahimovun oğludur.

K.İbrahimov 1979-cu ildə Şirvanşahlar Sarayı Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin arxeoloji fonduna laborant vəzifəsinə qəbul olunur. 1980-88-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1985-ci ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Arxeologiya və Etnoqrafiya muzey-sərgisi”ndə elmi işçi vəzifəsində işləyib.

K.F.İbrahimov 20 ildən artıq bir müddət ərzində Azərbaycanın bir çox ərazilərində, o cümlədən Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyaların tərkibində yaxından iştirak edib. 2001-2007-ci illər ərzində Bakı arxeoloji ekspedisiyasına rəhbərlik edib. Bir neçə ali təhsil müəssisələrində dərs deyib.

Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının, Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis universitetinin professoru olub.

9 kitab, 100-dən çox elmi əsər və 100-ə qədər jurnal və qəzet məqalələrinin müəllifi, 12 kitabın elmi redaktoru olub.

Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Qala Tarix-Etnoqrafiya Qoruğu ilə iş şöbəsi”nin "Mədəni irsin tədqiqi sektoru”nun müdiri, həmçinin "Qala Tarix-Etnoqrafiya Qoruğu"nda direktor müavini vəzifələrində çalışıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO