COVID-19-a yoluxan Niyaməddin Musayev evə buraxıldı

COVID-19-a yoluxan Niyaməddin Musayev evə buraxıldı
SOSİAL
10:38 13.04.2021
266
Koronavirusa (COVID-19) yoluxaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Niyaməddin Musayev evə buraxılıb.

AZXEBER.COM xəbər verir ki, 81 yaşlı müğənni "Instagram" səhifəsində hər şeyin yaxşı olduğunu olduğunu yazıb.

"Yazdığınız hər bir gözəl söz, etdiyiniz dualar mənim üçün dəyərlidir. Bilirəm ki, mənə görə nigaran qalmısız. Şükürlər olsun, Azərbaycanın savadlı həkimləri sayəsində hər şey yaxşıdır. Bütün həkimlərə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, N.Musayev müalicəsini ev şəraitində davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR