COVID-19 amputasiya riski yaradır - XƏBƏRDARLIQ

SAĞLAMLIQ
14:07 09.02.2022
477
Tanınmış rusiyalı cərrah Andrey Çupin bildirib ki, koronaviruslu xəstələrdə tromboz geniş yayılıb, onun fonunda ətraf orqanların qan axınının kəskin şəkildə pisləşməsi amputasiyaya səbəb ola bilər.

Həkim bu barədə "RİA Novosti”yə müsahibəsində deyib. 

"Koronavirus ürək-damar sisteminə, ilk növbədə qan laxtalanma sisteminə ciddi fəsadlar verir, ona görə də bu infeksiyaya yoluxmuş insanlarda tromboz təəssüf ki, çox genişdir. Əsasən yuxarı və aşağı ətrafların damarları zədələnir. Bu vəziyyətdə, tromboz fonunda ağır işemiya inkişaf edə bilər. Qan axınının kritik pisləşməsi bir əzanın amputasiyasına gətirib çıxara bilər. Pandemiya zamanı belə hallar çox olub”, - Andrey Çupin vurğulayıb.
 
///Publika.az

OXŞAR XƏBƏRLƏR